Koreya Xalq Demokratik Respublikasının nümayəndələri artıq dördüncü gündür ki, koreyalararası rabitə xətlərində səhər zənglərinə cavab vermirlər.
Aktualtv.az xəbər verir ki, “Yonhap” xəbər agentliyindən bildirilib ki, tərəflər gündə iki dəfə zəngləşirlər. Şimali Koreya naməlum səbəbdən cümə günü Seuldan gələn zənglərə cavab verməyi dayandırıb. Koreya Respublikasının hakimiyyət orqanları bunun KXDR tərəfindəki texniki problemlərlə bağlı ola biləcəyini istisna etməyib. 2022-ci ilin iyununda Pxenyan güclü yağışlar nəticəsində yaranan nasazlıqlar səbəbindən əlaqəni dayandırıb.
Bəzi ekspertlər hesab edirlər ki, Pxenyan bununla ABŞ və Koreya Respublikasının təlimlərinə, həmçinin Seulun KXDR-dəki insan haqları məsələsində siyasi təzyiqinə etiraz edir.
Səbinə Kərimova / aktualtv.az










