“Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” muzldu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib. Onun sözlərinə görə, Ukrayna təxminən 1 həftəyə əks-hücum əməliyyatlarına başlayacaq: “Ukrayna gələcək əks-hücum üçün 400 minə qədər şəxsi heyət toplayıb və təxminən bir həftə sonra hücuma keçəcək. Ukrayna Silahlı Qüvvələrini qiymətləndirməmək olmaz”.
Priqojinin sözlərinə görə, Rusiya KİV-i yerli əhalini sakitləşdirməyə çalışmaqla səhv edir: “Problemləri gizlədə bilməzsiniz – düşmən ciddi və yaxşı hazırlıqlıdır. Əgər bu gün gedib Ukrayna Rusiya sərhədlərinə çatsa, vəziyyət dəyişəcək. Biz buna imkan verə bilmərik”.
Qeyd edək ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatına hazırlaşdığını açıqlamışdı.
Səbinə Kərimova / aktualtv.az










