Avstraliya Çinlə arpa mübahisəsində razılığa gəlir – Özəl

Avstraliya arpa idxalı ilə bağlı mübahisələri həll etmək üçün Çin ilə razılığa gəlib.

Aktualtv.az xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Penni Vonq mətbuat konfransında deyib. Onun sözlərinə görə, Çin dörd ay ərzində Avstraliya arpasına qoyulan rüsumların nəzərdən keçirilməsinə razılıq verib. O, şərab tarifləri ilə bağlı mübahisədə də oxşar nəticənin gözlənildiyini deyib.

Qeyd edək ki, Avstraliya 2020-ci ildə Çinin Avstraliya arpasına tətbiq etdiyi antidempinq və kompensasiya rüsumları ilə bağlı Ümumdünya Ticarət Təşkilatına rəsmi şikayət ünvanlayıb. Bu da iki ölkə arasında anlaşılmazlıqla səbəb olub.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]