İlham Əliyevin Qazaxıstan səfərində hansı razılıqlar əldə olundu?

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində bir sıra razılıqlar əldə olunub.

“Unikal” xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib.

Ticarət naziri qeyd edib ki, Azərbaycandan Qazaxıstana gətirilən meyvə-tərəvəz məhsullarının həcmi artırılacaq: “Mən meyvə-tərəvəz məhsullarının tədarük həcminin artırılmasını təklif etdim, çünki Manqistau və Atırau vilayətlərində çatışmazlıq var. Həmçinin, biz indi kapitalın Aktaudakı terminal anbarına və ya ticarət obyektlərindən birinə çıxışı məsələsini nəzərdən keçiririk”.

Jumanqarin Azərbaycanla Qazaxıstan arasında 25-30 milyon dollarlıq malların qarşılıqlı tədarükü barədə razılığın olduğunu açıqlayıb: “Biz qənnadı məmulatlarının, akkumulyatorların tədarükü ilə bağlı müqavilələr imzaladıq və uzun fasilədən sonra transformatorlarımız Azərbaycan bazarına qayıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]