İspaniya Ukraynadakı uşaqlar üçün bunu edəcək – Özəl

İspaniya Rusiya işğalından zərər çəkmiş Ukraynadan olan uşaqlar üçün yay tətilinin təşkilini öz üzərinə götürüb.

Aktualtv.az xəbər verir ki, Avropa Parlamentində sosialistlər və demokratlar fraksiyasının lideri İrats Qarsiya bombardman altında yaşayan ukraynalı uşaqlar üçün “həmrəylik tətili” təşəbbüsü ilə çıxış edib. İspaniya Baş nazirinin birinci müavini Nadia Kalvinyo da bunun əla ideya olduğunu bildirib.

“Üstəlik, bizim artıq Çernobıl zonasından olan ukraynalı uşaqları ispan ailələrində yaşamağa qəbul etməkdə müəyyən təcrübəmiz var”-deyə, Kalvinyo vurğulayıb.

Qeyd edək ki, Avropa ölkələrində tətillər ilk növbədə Ukraynada qalan uşaqlar, xüsusən də yetimlər üçün təşkil edilir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]