Maaşlarımızın bir hissəsini YAŞAT Fonduna köçürək – Deputatdan təklif

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əmək haqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib.

Deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb.

“Bu dəstəyi gözləyən şəhid ailələri, qazilərimiz var. Çətinlikləri olan ailələr YAŞAT Fondunda müraciət etdikdə dəstək ala bilsinlər”, – deyə komitə sədri bildirib.

Q.Paşayeva eyni zamanda cəzaçəkmə müəssisəsində cəzasını çəkən və əməlindən peşman olan bəzi qadınların əfv siyahısına salınmasını da təklif edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]