Pentaqonun məxfi sənədləri ilə bağlı cinayət işi açılıb – Özəl

ABŞ Ədliyyə Nazirliyi Pentaqonun onlarla sənədinin sızdırılması ilə bağlı cinayət işi açıb.

Aktualtv.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Müdafiə Nazirliyi sosial mediada yayılan və fotoları çəkilən çox məxfi materialları araşdırmaq və qiymətləndirməkdə davam edir. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib ki, Pentaqon sənədlərin ABŞ-nin milli təhlükəsizliyinə, eləcə də müttəfiqlərinə və tərəfdaşlarına təsirini qiymətləndirmək üçün idarələrarası iş təşkil edib.

Qeyd edək ki, sosial şəbəkələrə sızan sənədlərdə Ukraynadakı müharibədən əlavə Çin, İran, Cənubi Koreya və İsrailin adı çəkilir. Sənədlər həm Ukrayna, həm də Rusiya üçün vacib məsələlərə işarə edir və hər iki ölkənin qoşunların hazırlanması və təchiz edilməsində çətinliklərlə üzləşdiyini göstərir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]