Türkiyə və Ermənistan quru sərhədinin açılması üzərində işləyir – Özəl

Ermənistanın Türkiyədə səfirliyinin açılması gündəmdə deyil, lakin ölkələr sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyir.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Ermənistan üçün hava məkanlarını açıblar, lakin yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşma da var.

Suriya üzrə dördtərəfli görüşün keçirilməsinə gəlincə Çavuşoğlu deyib ki, Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri mayın əvvəlində Moskvada bir araya gələ bilər. Məqsəd nizamlanma mexanizmlərini, o cümlədən Astana prosesini normallaşdırmaq və canlandırmaqdır. Nazir həmçinin İsveçin NATO-ya daxil olması prosesində ABŞ-nin Ankaraya F-16 təyyarələri satması üçün Skandinaviya ölkəsinin alyansa qoşulması şərtini qəbuledilməz sayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]