Türkiyədə əhali seçkidə kimin qalib gələcəyini gözləyir? – Özəl

Türkiyə əhalisinin yarıdan çoxu hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın 14 mayda keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əmindir.

Aktualtv.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Optimer sorğu keçirib. Sorğuda iştirak edənlərin 53.4 faizi seçkinin bu cür nəticələnəcəyinə əmindir. Bununla belə, rəyi soruşulanların 42.1%-i müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun, 8.3% “Məmləkət Partiyası”nın lideri Məhərrəm İncənin, 1.7% isə “ATA” alyansının namizədi Sinan Oğanın qalib gələcəyini düşünür.

Sorğu 1-7 aprel tarixlərində 4 745 respondent arasında birbaşa söhbət əsasında baş tutub. Rəyi soruşulanların 45.9%-i Ərdoğan, 43.9%-i Kamal Kılıçdaroğluna səs verəcəklərini bildiriblər.

Araşdırma seçkilərdə gənclərin vacib rol oynadığını da müəyyənləşdirib. Belə ki, rəyi soruşulan 18-24 yaşlı gənclərin 13.6%-i Ərdoğana, 15.2%-i Kılıçdaroğluna, 19.5%-i İncəyə, 15,3%-i isə Oğana səs verməyə hazırdır.

Hələ ki, seçkilərdə kimə səs verəcəklərini qərarlaşdırmamış respondentlərdən isə 41.5%-i Ərdoğana, 31.3%-i isə Kılıçdaroğluna səs verə biləcəyini vurğulayıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]