Sosial şəbəkələrdə ortaya çıxan ABŞ-yə məxsus məxfi sənədlərin sızmasının mənbəyi Mərkəzi Kəşfiyyat İdarəsində və ya ABŞ-nin Milli Təhlükəsizlik Agentliyində ola bilər.
Aktualtv.az xəbər verir ki, “Fox News”un məlumatına görə sənədlərin əksəriyyəti xüsusi qorunan planşetlərə elektron şəkildə göndərilən Pentaqonun məxfi hesabatlarıdır. Belə hesabatların alıcıları təxminən 5 min nəfərdir.
“Fox News”un qeyd etdiyi kimi, bəzi sənədləri, görünür, Pentaqon deyil, Mərkəzi Kəşfiyyat İdarəsi və ya Milli Təhlükəsizlik Agentliyi hazırlayıb. Məhz ona görə də ABŞ Müdafiə Nazirliyinin məxfi hesabatlarına daxil edilməyib. Kanalın iddiasına inansaq Amerika kəşfiyyat təşkilatlarından birinə aid daha dar qruplaşmanın nümayəndəsi sızma mənbəyinə çevrilib.
Büllur Məmmədova / aktualtv.az










