ABŞ və Səudiyyə Ərəbistanı “İRAN TƏHLÜKƏSİNİ” müzakirə ediblər – Özəl

ABŞ və Səudiyyə Ərəbistanı İrandan gələn təhdidləri müzakirə ediblər.

Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda bildirib ki, ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səud telefonla Yəmən məsələsini müzakirə ediblər, həmçinin İran və digər ölkələrdən gələn təhdidləri daha da cilovlamaq zərurətini vurğulayıblar. ABŞ Prezidenti Cozef Baydenin köməkçisi “son bir ildə Yəməndə əhəmiyyətli irəliləyiş” olduğunu qeyd edib.

Bildirilib ki, Amerika liderinin köməkçisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ikitərəfli “təmiz enerji sahəsində əməkdaşlığı”, eləcə də mobil rabitənin inkişafını təşviq etmək barədə razılığa gəliblər.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]