Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

Aİ missiyasının nümayəndələri aprelin əvvəlində Tex kəndində (Dığ) olublar.

Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Armen Xaçatryan bildirib.

“Mən bildiyimə görə, hələ aprelin əvvəlində ora gediblər və monitorinq aparıblar. Amma müşahidənin nəticələri barədə heç nə deyə bilmərəm”, – Xaçatryan deyib.

Qeyd edək ki, erməni KİV-də yayılan məlumata görə, Ermənistan XİN-in səylərinə baxmayaraq, Avropa İttifaqının (Aİ) müşahidə missiyası Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməyib. Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə kəndi ziyarət etməkdən imtina edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]