“Qarabağ münaqişəsinin tarixini nəzərə alsaq, insanların özlərini təhlükəsiz hiss etməsi üçün müəyyən tədbirlərin görülməsinin tələb olunacağı aydındır”.
Aktualtv.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa Birliyinin sülhməramlı missiyasının Qarabağda mümkün yerləşdirilməsini şərh edərkən deyib. Klaar sülh sazişinin müzakirələrinin davam etdiyini, mətnlərin mübadiləsinin aparıldığını bildirib:
“Prosesin dayandığını deməzdim. Bu, təşviq edilməli olan bir prosesdir. Amma bu gün də qaldırılan sual odur ki, sülh müqaviləsi imzalanandan sonra nə baş verəcək? Hərtərəfli sülhü necə təmin edəcəyik?”
O, son nəticədə bu münaqişədən irəli gələn məsələlərin öz həllini tapmalı olduğuna diqqət çəkib.
Səbinə Kərimova / aktualtv.az










