Bir gündə yüzlərlə şagird zəhərləndi – Valideynlərlə polis arasında qarşıdurma – Özəl

İranın bir neçə şəhərində, o cümlədən İsfahan, Məşhəd, Kirmanşah, Kamiyaran, Gonavə, Təbriz, Çahinşəhr və s. qızların oxuduğu orta məktəblərdə yüzlərlə şagird zəhərlənib.

Aktualtv.az xəbər verir ki, bu barədə zəhərlənən şagirdlərin valideynləri sosial mediadakı paylaşımlarında bildiriblər. Şahinşəhrdə zəhərlənmə xəbərlərinin giləzdilməsi üçün məktəbin qapıları bağlanıb. Qəzəbli valideynlər qapıları qıraraq şagirdlərə yardım etməyə çalışıblar. Bildirilib ki, bir neçə məktəbə polis qüvvələri çağırılıb və valideynlərlə məmurlar arasında qarşıdurma olub.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrında Qum şəhərində qeydə alınıb. Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]