Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı qardaş ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb.
Aktualtv.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, diplomatik nümayəndəliyin binasında seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə mayın 5-7-də saat 09-dan 21-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
Murad Həsənov / aktualtv.az










