“Vaqner”lə müqavilədən imtina edən 100-dən çox əsgər yoxa çıxıb – Özəl

100-dən çox rusiyalı “Vaqner” özəl hərbi şirkəti ilə müqavilə imzalamaqdan imtina etdikdən sonra Luqanskda yoxa çıxıb.

Aktualtv.az xəbər verir ki, itkin düşənlərin doğmalarının sözlərinə görə aprelin 5-də Moskva, Voronej və Tver vilayətlərindən səfərbər edilən 500-ə yaxın əsgər üç yük təyyarəsi ilə guya yerli hissəyə köçürülməsi məqsədilə Kurskdan Rostov-na-Donuya göndərilib. Lakin əsgərləri gizlincə Luqanska yönləndiblər, telefonlarını da götürüblər.

Məlumata görə, artıq 5 gündür onlarla ünsiyyət qurmaq mümkün deyil.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]