Almaniya xarici işlər naziri Annalena Berbok Çinə səfər edəcək.
Aktualtv.az xəbər verir ki, Almaniya xarici işlər naziri səfər öncəsi bəyanatında bildirib ki, Çin Avropa üçün tərəfdaş və rəqibdir. “Gələcəkdə bunu hansı istiqamətə dəyişəcəyi də Çinin hansı yolu seçməsindən asılıdır. Yeni Çin strategiyamızla biz Çinin dünyada dəyişən rolunu nəzərə alacağıq”- deyə qeyd olunub.
Səfərin məqsədinə toxunan xanım Berbok deyib ki, o, Çində rəhbərliyin getdiyi istiqamət, həmçinin siyasi nəzarət və iqtisadi açıqlıq arasında balansla bağlı təəssürat əldə etmək istəyir. O vurğulayıb ki, səfərlə bağlı gündəliyində əsas müzakirə mövzusu Ukraynadakı müharibəni tez, dayanıqlı və ədalətli şəkildə sona çatdırmaq marağının olduğunu vurğulamaqdır. Almaniya xarici siyasət idarəsinin rəhbəri aprelin 13-dən-15-nə kimi Çində səfərdə olacaq.
Murad Həsənov / aktualtv.az










