Fransada etirazlar səngimir – 600 min etirazçı aksiyaya qoşulub – Özəl

Fransada pensiya islahatına qarşı etiraz nümayiş və tətilləri ara vermir.

Aktualtv.az xəbər verir ki, sayca 12-ci etiraz aksiyasına bu gün bu gün start verilir. Ölkədə nəqliyyat, məktəblər və tullantıların yığılması sahələrində tətillər davam edir. Şəhərlərarası və şəhərdaxili dəmir yolu nəqliyyatının hərəkətində problemlər olacağı bildirilib. Bugünkü nümayişin ölkənin 270 şəhər və qəsəbəsində keçiriləcəyi və etiraz aksiyalarında 600 minə yaxın fransızın iştirak edəcəyi gözlənilir.

Aksiyaya “sarı jiletlər”in də qatılacağı qeyd edilir. Ölkədə 12-ci etiraz nümayişi ilə bağlı 11 min 500 polis və jandarm səfərbər olunub ki, onlardan 4200-ü Paris üçün nəzərdə tutulur.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]