Korrupsiyaya görə tutulan vitse-prezident barədə yeni qərar – Özəl

Korrupsiya cinayətləri ilə bağlı həbsdə olan Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli ev dustaqlığına buraxılacaq.

Aktualtv.az xəbər verir ki, məlumata görə, Kayliyə elektron qolbaq taxılacaq. Avropa Parlamentinin keçmiş vitse-prezidenti, yunanıstanlı siyasətçi Eva Kayli həbsdə 4 ay olub. Eva Kayli və daha 3 nəfər ötən il dekabrın 11-də Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı korrupsiya faktı ilə bağlı ittiham olunaraq həbs ediliblər.

Qeyd edək ki, bundan əvvəl Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsi korrupsiyada şübhəli bilinən iki deputatın – belçikalı Mark Tarabella və italiyalı Andrea Koççolinonun toxunulmazlığından məhrum edilməsini dəstəkləyib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]