Fransanın sabiq iqtisadiyyat və maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun sabiq prezidenti Dominik Strauss-Kan prezident Emmanuel Makronun pensiya sistemində islahat planında buraxdığı dörd səhvi düzəltməsə, beşincinin daha ciddi olacağını bildirib.
Aktualtv.az xəbər verir ki, Straus-Kan tviter hesabında paylaşdığı “Beşinci səhv” adlı mətndə Fransanın acınacaqlı vəziyyətdə olduğunu yazıb. Pensiya sisteminin maliyyələşdirilməsində islahatların zəruriliyini vurğulayan BVF-nin sabiq prezidenti qeyd edib ki, bu gün pensiya yaşı deyil, pensiya sistemi konsepsiyası dəyişdirilməlidir.
Onun fikrincə, Prezident Makron dörd səhvə yol verib. Fransa pensiya müddətinə əsaslanan sistem qurmaq üçün pensiya yaşına əsaslanan sistemi tərk etməlidir. Pensiya müddəti dəyişən maliyyə ehtiyacları ilə yavaş-yavaş və davamlı şəkildə uyğunlaşacaq.
Etibar Məmmədov / aktualtv.az










