“Qüvvələrimizi bütün sərhəd xətti boyunca geri çəkməyə hazırıq” – Paşinyan

Sərhəd vəziyyətinin siyasi qiymətləndirilməsi baxımından hesab edirəm ki, bir gün əvvəl Aİ-nin yaydığı mesaj mühümdür, burada 1991-ci il sərhəd xətti vurğulanır, burada söhbət Ermənistan və Azərbaycan arasında mövcud olan inzibati sərhəd xəttindən gedir. 21 dekabr 1991-ci ildə Almatı bəyannaməsi ilə dəyişdirilmiş SSR dövlət sərhədidir. Aİ-nin bəyanatında bu sərhədə hörmət edilməli olduğu vurğulanıb. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 

“Bəyanatda vəziyyətin sabitliyinin etibarlı təminatı kimi hər iki tərəfin silahlı qüvvələrinin sərhəddən təhlükəsiz məsafəyə çıxarılması vurğulanır. Xüsusi vurğulamağı zəruri hesab edirəm ki, Ermənistan 1991-ci ildə Ermənistan-Azərbaycanın bütün sərhəd xətti boyunca belə bir tədbir görməyə hazırdır. Biz bununla bağlı 2021-ci ildən hazır olduğumuzu bildirmişik və belə bir hərəkət Praqa və Soçi razılaşmalarının məntiqinə uyğundur”, – deyə Baş nazir qeyd edib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]