Şimali Koreya növbəti ballistik raketi atıb – Özəl

Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə doğru naməlum ballistik raket atıb.

Aktualtv.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib. Qeyd olunub ki, bununla da Pxenyan cari ildə 12-ci ballistik raket buraxılışı həyata keçirib. Şimali Koreya bundan əvvəl martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib. Raketin buraxılışına Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. Yaponiyanın Baş naziri Fumio Kisida KXDR tərəfindən ballistik raket buraxılışı ilə əlaqədar gəmilərin və təyyarələrin təhlükəsizliyinin təmin edilməsi barədə göstəriş verib.

Xatırladaq ki, Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]