Türkiyə və İsrail XİN arasında danışıqlar – Türkiyədən İsrailə dəstək – Özəl

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, danışıq zamanı Məscidül-Əqsa ətrafında baş verən son hadisələr müzakirə edilib. Çavuşoğlu Türkiyənin İsrail hökumətinin Ramazan ayının sonuna qədər müsəlmanlardan başqa heç kəsin əl-Əqsa məscidinə buraxılmaması qərarını gərginliyin azaldılması baxımından müsbət qiymətləndirdiyini ifadə edib. O, əl-Əqsa məscidində təxribatların təkrarlanmamalı olduğunu vurğulayıb.

Diplomat Türkiyənin gərginliyin azaldılması üçün hər cür töhfə verəcəyini də bəyan edib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]