Çin müharibənin “hansı” tərəfindədir? – AÇIQLAMA – Özəl

Çinin xarici işlər naziri Qin Qanq Ukrayna böhranı ilə bağlı mövqeyini bildirərək ölkəsinin döyüşən heç bir tərəfə dəstək verməyəcəyini deyib.

Aktualtv.az xəbər verir ki, o, bu barədə Pekində almaniyalı həmkarı Annalena Baerbok ilə görüşündən sonra açıqlama verib. Çinli nazir bütün tərəflərin böhranı dərindən düşünməli olduğunu deyib.

Qeyd edək ki, Çin Rusiyanı Ukraynadakı müharibəyə görə qınamaqdan imtina edərək bunu işğal adlandırmaqdan yayınıb. Rusiyaya silah verməsi ilə bağlı artan narahatlıqlara cavab olaraq Çin xarici siyasət rəhbəri ölkəsinin sülh yolunu dəstəklədiyini ifadə edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]