Donetskdə döyüşmək istəməyən azərbaycanlılar güllələndilər – VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə 4 həftəlik fasilədən sonra yenidən hava həyəcan siqnalları verilməyə başlayıb.

Qeyd edilib ki, ötən gecə Ukraynanın şərq və cənub vilayətlərində döyüşlərin şiddəti daha da artıb:

“Təkcə Donetsk vilayətinin Baxmut, Avdiyevka, Marinka və Limansk şəhərlərinə bir gecədə Rusiya Ordusu və “Vaqner” hərbçilərinin 49 hücum cəhdi olub”. 

O da bildirilib ki, işğalda olan Donetsk şəhərinin qəsəbələrindən birində separatçı rejimlə azərbaycanlılar arasında insident yaşanıb.

“Separatçı rejim azərbaycanlıları da səfərbərliyə cəlb etmək istəyib. Nəticədə döyüşə getmək istəməyən Şamil Həsənov və Teymur Cumıyev güllələnərək öldürülüblər”, – deyə M.Aslanov əlavə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]