“Dünyanın sabahki tarixi Çinin gücündən asılıdır” – Özəl

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Aİ-nin Çinin yüksəlişindən qorxmadığını bildirib, həmçinin Pekini sülh və təhlükəsizlik də daxil olmaqla daha çox məsuliyyət götürməyə çağırıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının başçısı ertələnmiş Çin səfərində çıxış etməli olduğu nitqi öz bloqunda dərc edərək yazıb. “Bununla belə, biz bilirik ki, sabahkı dünyanın tarixi də Çinin öz gücündən necə istifadə etməsindən asılı olacaq”-deyə, ali nümayəndə vurğulayıb. O, Çin və Aİ arasında güclü iqtisadi əlaqələrin olduğunu xatırladıb. Lakin bununla belə, Aİ və Çin arasında azaldılmalı narazılıqların olduğunu da yazıb. Borelin qeyd edib ki, Aİ açıq sistemin saxlanmasında maraqlıdır və ədalətsiz hərəkətlərdən qorunmaq üçün tədbirlər görməkdən çəkinməyəcək.

Qeyd edək ki, Aİ-nin xarici siyasət idarəsinin başçısı koronavirusa yoluxduğundan Çinin paytaxtı Pekinə səfərini ertələyib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]