İki QHT arasında əməkdaşlıq protokolu imzalanıb

Tərəflər Azərbaycanın və türk dünyasının maraqları, vətənpərvərlik məsələri, həmçinin, koalisiya və birliklərdə birgə hərəkət etmək barədə razılığa gəliblər

“Azərbaycanda QHT sektoruna göstərilən diqqət və qayğı bu sahədə xüsusi canlanmaya təkan verib. QHT-lər də bu diqqət və qayğıya adekvat olaraq öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaq, ölkəmizin milli maraqlarına xidmət edən proseslərdə öndə olmaq üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Elə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi (TOHGM İB) ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Bilriyi arasında imzalanan əməkdaşlıq protokolu da bu sahədə birgə fəaliyyətlərin intensivləşdirilməsi məqəsdi daşıyır”.
Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin ofisində bu qurumun sədri Emin Həsənli ilə CASCFEN-in sədri Nadir Azəri arasında görüş keçirilib: “Görüşdə tərəflər Azərbaycanda QHT sektoruna göstərilən diqqət və qayğını təqdir edib və bu istiqamətdə həyata keçirilən işlərə dəstək, həmçinin, digər məqamalar üçün birgə fəaliyyətin zəruriliyni vurğulayıblar”.
Məlumatda qeyd edilib ki, tərəflər Azərbaycanın və türk dünyasının maraqları, vətənpərvərlik məsələri, həmçinin, koalisiya və birliklərdə birgə hərəkət etmək barədə razılığa gəliblər.
Sonda göstərilən istiqamətlərdə birgə addım atmaq, bir-birinə dəstək verməklə bağlı iki QHT arasında əməkdaşlıq protokolu imzalanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]