İrəvanda gərginlik – Paşinyanla görüş tələb olunur – Özəl

Ermənistanın paytaxtı İrəvanın Firdusi məhəlləsinin sakinləri hökumət binasının önünə toplaşıblar.

Aktualtv.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Lakin o, vətəndaşlarla görüşdən boyun qaçırıb. Hökumətdən bildiriblər ki, N.Paşinyan hazırda işdə deyil.

Sakinlərə baş nazirin onları gələn həftə qəbul edəcəyi vəd edilib. Amma vətəndaşlar bu gün görüşməkdə təkid edirlər.

Qeyd edək ki, 2015-ci ildə Ermənistan hökuməti prioritet maraqlardan çıxış edərək Firdusi məhəlləsindəki bir neçə ev və anbarı dağıtmaq qərarına gəlib. Məhəllə sakinlərinin əksəriyyəti kompensasiya alıb. Lakin bəzi sakinlər kompensasiyanın məbləğinin qeyri-mütənasib hesab edərək evlərini tərk etməyiblər.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]