İstehlakçılara qaytarılan ƏDV məbləği açıqlandı

“ƏDV geri al” layihəsi tətbiq edildiyi vaxtdan cari ilin aprelinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Aktualtv.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, təkcə bu ilin yanvar-mart ayında geri qaytarılan ƏDV məbləği 36 milyon manatdan çox olub.

Xatırladaq ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara geri qayıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]