Makron etirazlara tab gətirmir – Etirazçılarla görüşəcək – Özəl

Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqları və işəgötürmə təşkilatlarının nümayəndələrini pensiya islahatlarını müzakirə etmək üçün görüşə dəvət edib.

Aktualtv.az xəbər verir ki, bu barədə BFM telekanalı Prezidentə yaxın mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Konstitusiya Şurasının qərarının necə olacağından asılı olmayaraq Emmanuel Makron həmkarlar ittifaqları və işəgötürmə təşkilatlarının nümayəndələrini aprelin 18-də müzakirə üçün Yelisey Sarayına dəvət edib.

“Bu, Prezident və hökumətin yaxın həftələrdə sosial tərəfdaşlarla davam etdirəcəyi dialoq dövrünün başlanğıcı olacaq. Yeliseyin qapısı bu dialoq üçün ilkin şərt olmadan açıq qalacaq”, – mənbə deyib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]