Makronun qərarı yoxlanacaq – Etirazlar artır – Özəl

Fransanın Konstitusiya Şurası bu gün prezident Emmanuel Makronun mübahisəli pensiya islahatı təklifinin ölkə konstitusiyasına uyğunluğunu yoxlayacaq.

Aktualtv.az xəbər verir ki, bununla ölkənin 3 ən yüksək hüquqi orqanından biri olan Şura islahatın qəbul edilib-edilməməsi, dəyişdirilməsi və ya rədd edilməsi ilə bağlı hökm çıxaracaq. Sabiq baş nazir Loren Fabiusun rəhbərlik etdiyi doqquz üzv əsasən iki məsələ ilə bağlı qərar verəcək. Birincisi təkifin konstitusiyaya uyğunluğu, ikincisi isə islahat üzrə ictimai referendumun keçirilməsinə icazə verilib-verilməməsi ilə bağlı olacaq.

Ölkədə gərgin vəziyyət hökm sürdüyü vaxtda xalq Şuranın qərarını səbirsizliklə gözləyir. Şuranın təklifi qəbul ediləcəyi təqdirdə hökumətin ictimai rəyi necə susduracağı isə sual altındadır.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]