MDB ölkələrindən önəmli iclas – 11 məsələ müzakirə olunacaq – Özəl

Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın inkişafına dair 11 məsələ müzakirə olunacaq.

Aktualtv.az xəbər verir ki, görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB daxilində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Xarici siyasət koordinasiyasının gücləndirilməsi üzrə iş kontekstində MDB-yə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın aktivləşdirilməsi üzrə Fəaliyyət Proqramının və MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının 2022-ci ildə icrasının nəticələrinə dair müzakirələr aparılacaq.

Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq həm MDB ölkələri çərçivəsində, həm də onun sərhədlərinin perimetri boyu təhlükəsizliyin təmin edilməsi məsələləsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]