Sürücülərin NƏZƏRİNƏ: Bu gün gecə saat 22:00-dan etibarən …

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərini davam etdirir.

BŞH-dan  verilən məlumata görə, bu gün gecə saat 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Orada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.

Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi və Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanıb.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]