25 ilin ən böyük hərbi təlimi başlayır – Özəl

Bu gün İsveçdə NATO-ya üzv ölkələrin iştirakı ilə “Avrora-23” beynəlxalq hərbi təlimləri başlayır.

Aktualtv.az xəbər verir ki, bu, son 25 ildə ölkə ərazisində keçirilən ən böyük hərbi təlimdir. Quru, dəniz və hava qüvvələrinin iştirak etdiyi təlimin məqsədi İsveçin müdafiə qabiliyyətini artırmaqdır. Təlimdə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, ABŞ, Ukrayna, Fransa, Finlandiya, İsveç və Estoniyadan olan 26 min hərbçi iştirak edəcək.

Əsas əməliyyatlar İsveçin cənub və şimalındakı sərhədyanı ərazilərdə, həmçinin Qotland adasında keçiriləcək. Təlimlər mayın 11-də başa çatacaq.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]