Azərbaycanda Rusiya avtomobillərinin satışı kəskin azalıb – SƏBƏB NƏDİR? – Özəl

2022-ci ildə Azərbaycanda satılan Rusiya avtomobillərinin sayı kəskin azalıb.

Belə ki, ötən il öklədə 698 ədəd yeni “Lada” modeli satılıb. Bu isə 2021-ci illə müqayisədə 59,4% və ya 1021 avtomobil azdır. “AvtoVAZ” 2021-ci ildə Azərbaycanda 1719 ədəd yeni avtomobil sata bilib.

Satışların kəskin azalması “Lada”nın Azərbaycan bazarındakı yerinə də təsir edib. Rusiya brendi 2021-ci ildə Azərbaycanda satışların həcminə görə 3-cü olmuşdusa, ötən il bazar payına görə 8-ci sıraya enib.

Qeyd edək ki, sanksiyalar səbəbindən ehtiyat hissələri qıtlığı yaşayan “AvtoVAZ”ın istehsalı dayandırması nəticəsində ötən ilin yayında Rusiya markasının Azərbaycana ixracı dayandırılmışdı.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]