İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı HÖKM OXUNDU – Özəl

İranda 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı məhkəmə prosesi başa çatıb.

Aktualtv.az xəbər verir ki, əsas təqsirləndirilən şəxsə 13 il həbs cəzası verilib. Həmçinin bu iş üzrə digər təqsirləndirilən şəxslərin buraxdığı səhv və nöqsanlara əsasən məhkəmə ikinci və üçüncü dərəcəli təqsirləndirilən şəxsləri bir ,dördüncü və beşinci dərəcəli təqsirləndirilən şəxslər üç, altıncı və yeddinci dərəcəli təqsirləndrilən şəxslər iki, səkkizinci və doqquzuncu dərəcəli təqsirləndirilən şəxslər isə bir il müddətinə azadlıqdan məhrum edib. Bildirilib ki, Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı iş üzrə hökm üç illik araşdırmadan və 20 məhkəmə iclasından sonra çıxarılıb.

Xatırladırıq ki, Ukrayna təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə uçmaq üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həyatını itirib. Onların arasında Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olub.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]