Rusiyalı müxalifətçi Vladimir Kara-Murzanın 25 il azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarına görə Rusiya səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Aktualtv.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Böyük Britaniya Moskva məhkəməsində Britaniya vətəndaşı Vladimir Kara-Murzanın siyasi motivli mühakiməsini və həbsini pisləyir. Bildirilib ki, Vladimir Kara-Murza Rusiyada müxalif siyasətçi, jurnalist və insan haqları müdafiəçisidir və Vatslav Havel İnsan Haqları Mükafatı qazanıb, onun fəaliyyəti geniş tanınıb. O, Rusiyanın Ukraynaya təcavüzünü cəsarətlə pisləyib. Onun həbsi isə beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır.
Böyük Britaniya XİN başçısı Ceyms Kleverli Rusiyanı beynəlxalq öhdəliklərinə, o cümlədən Vladimir Kara-Murzanın lazımi tibbi xidmət hüququnu təmin etməyə və onu dərhal azad etməyə çağırıb
Büllur Məmmədova / aktualtv.az










