Ukraynada mina terroru – 750-dən çox qurban – Özəl

“Genişmiqyaslı müharibə başlayandan bəri Ukraynada 750-dən çox mülki şəxs mina terrorunun qurbanı olub”.

Aktualtv.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib. Qeyd olunub ki, minaya düşən hər 8 nəfərdən 1-i uşaqdır:

“Ukraynanın minalardan təmizlənməsi, çox güman ki, ən azı 10 il çəkəcək”.

Məlumata görə, Ukraynada minalardan ən çox Xerson və Xarkov sakinləri əziyyət çəkir:

“Ukraynada hər gün mülki insanların minaya düşməsi barədə xəbərlər gəlir. Yazın gəlişi və daha çox insanın kənd təsərrüfatı ilə məşğul olması ilə bağlı olaraq mülki şəxslərin minaya düşməsi riski artacaq”.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]