Çin İran və Şimali Koreya nüvə arsenalını sürətlə gücləndirir – Özəl

“Qlobal təhlükəsizlik təhdidlərlə də üzləşir, Çin öz imkanları barədə heç bir şəffaflıq təmin etmədən nüvə arsenalını sürətlə gücləndirir, İran və Şimali Koreya açıq şəkildə nüvə proqramlarını inkişaf etdirir”.

Aktualtv.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Silahlara Nəzarət, Silahsızlanma və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə 18-ci NATO Konfransında çıxışı zamanı deyib. O bildirib ki, nüvə silahı və digər silahlarla yanaşı, süni intelekt və yeni texnologiyalar meydana çıxmaqdadır ki, onlar da risklər yaradır və bu risklər gözardı edilməməlidir.

Stoltenberq deyib ki, indi silahlara nəzarətlə bağlı razılaşma və müqavilələr təhdid olunur. “Bu müqavilələr dostlar arasında imzlanmayıb, əksinə rəqiblər arasında imzalanıb. Və bu müqavilələrin çoxunu biz gərginliyin ən yüksək anında imzalamağa nail olmuşuq. Bu “Soyuq Müharibə” dövründə baş verib və indi də baş verə bilər”.

NATO Baş katibi vurğulayıb ki, nə qədər ki nüvə silahları mövcuddur NATO nüvə alyansı olaraq qalacaq.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]