“Rəsmi Pekin Rusiyanı Ukraynadan qoşunlarını çıxarmağa və müharibəni dayandırmağa inandırmaq üçün öz təsirindən istifadə etməsə, Avropa İttifaqı Çinlə münasibətləri normallaşdıra bilməz”.
Aktualtv.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cosep Borrel deyib. Onun sözlərinə görə, Aİ-nin Çinə mesajı kifayət qədər aydındır:
“Çin müharibənin dayanması üçün Rusiyaya təsir etməli, imkanlarını ortaya qoymalıdır”.
Cosep Borrel bildirib ki, indiki halda neytrallıq Rusiyanın xeyrinədir:
“Çünki Ukraynanın sərhədləri beynəlxalq hüquqla qorunur. Dünya dövlətləri də bu sərhədləri tanıyır”.
Aİ nümayəndəsi həmçinin qeyd edib ki, dünyadakı mövqeyini nəzərə alsaq, Çinlə danışıqlar davam etdirilməlidir.
Murad Həsənov / aktualtv.az










