Təbriz, Urmiya və Kərəc şəhərlərində şagirdlər kimyəvi qazdan zəhərlənib.
Aktualtv.az xəbər verir ki, övladlarından xəbər ala bilməyən valideynlər etiraz aksiyasına başlayıblar. Məktəb direktorlarının şagirdlərə küçəyə çıxmağı qadağan etməsi vəziyyəti daha da gərginləşdirib. Bütün bunlara baxmaraq hadisə ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, İranda əsasən qızların təhsil aldığı orta məktəblərdə kütləvi zəhərlənmə halları 2022-ci ilin 30 noyabrında başlayıb. 250-yə yaxın məktəbdə 5 mindən çox şagird qidadan zəhərlənib. İranın Daxili İşlər Nazirliyi martın 11-də baş verən kütləvi zəhərlənmə hadisələrində şübhəli bilinən 100-dən çox insanın saxlanıldığını bildirib.
Büllur Məmmədova / aktualtv.az










