Nyu-Yorkda Çinin gizli polis idarəsi… – İNANILMAZ HADİSƏ – Özəl

ABŞ səlahiyyətliləri Nyu-Yorkda gizli Çin polis idarəsi tapıblar.

Aktualtv.az xəbər verir ki, bunu ABŞ Ədliyyə Nazirliyinin sözçüsü bildirib. Onun sözlərinə görə, idarə 2022-ci ilin fevral ayından fəaliyyət göstərir. Onun iki əməkdaşı həbs edilib. Onlar qanunsuz olaraq Çin sənədlərini təqdim etməkdə, müxtəlif “dövlət xidmətləri” göstərməkdə, həmçinin dissidentləri təqib etməkdə şübhəli bilinirlər.

“Şübhəlilər Çin hökumətinin milli polisi adından Manhettenin Çin məhəlləsində polis bölməsi yaratmaq üçün birlikdə çalışıblar”-deyə, sözçü jurnalistlərə deyib.

O əlavə edib ki, ABŞ-nin başqa ölkələrin gizli polis məntəqələrinə ehtiyacı yoxdur. Nazirliyin sözçüsü Nyu-Yorkda yaşayan çinliləri, lazım gələrsə, rəsmi hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]