“Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”.
Aktualtv.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir:
“Həmçinin biz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq”.
Paşinyan deyib ki, siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşlarının da xeyrinə olar:
“Vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. İnsanlar başa düşdükdən sonra bu məsələyə razı olacaqlar”.
Hökumət başçısı bildirib ki, əlaqələr normallaşmasa, Ermənistanın inkişafına imkan verilməyəcək.
Səbinə Kərimova / aktualtv.az










