Braziliyanın xarici işlər naziri Mauro Vieira bildirib ki, BMT Təhlükəsizlik Şurasından yan keçməklə Rusiyaya qarşı tətbiq edilən birtərəfli iqtisadi sanksiyalar inkişaf etməkdə olan ölkələrə zərər verir.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, pandemiyanın bitmədiyini vurğulayan diplomat, Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bu barədə danışıb.
Qeyd edək ki, Rusiya və Braziliyanın xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri Braziliyada Xarici İşlər Nazirliyinin yerləşdiyi sarayda danışıqlar aparıblar. Lavrovu daha sonra Braziliya prezidenti Luiz İnasio Lula da Silva qəbul edəcək. Rusiyalı nazir həmçinin prezident Lulanın xarici siyasət müşaviri, Braziliyanın keçmiş xarici işlər naziri Selso Amorimlə də görüşəcək.
Büllur Məmmədova / aktualtv.az










