Avropa İttifaqı Ukrayna ilə həmsərhəd ölkələrin fermerləri üçün 100 milyon avro kompensasiya ödəməyi və Ukrayna taxılının idxalına müəyyən məhdudiyyətlər qoymağı planlaşdırır.
Aktualtv.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü bildirib. Polşa və Macarıstanın ötən həftədən etibarən Ukraynadan idxal olunan taxıl və digər ərzaq məhsullarına məhdudiyyət tətbiq etməsindən sonra Şərqi Avropanın digər ölkələri də oxşar addım atacaqlarını bəyan ediblər. Bütün bunlara görə Avropa İttifaqı miqyasında həll yolu tapmaq üçün Brüsselə təzyiqlər artıb.
Avropa Komissiyasının sözçüsü bildirib ki, Avropa İttifaqının 27 ölkəsində ticarət siyasətinə nəzarət edən Komissiya taxıl və yağlı toxumların müəyyən kateqoriyaları – xüsusilə buğda, qarğıdalı, günəbaxan üçün “profilaktik tədbirlər” kimi məhdudiyyət tədbirləri görəcək.
Səbinə Kərimova / aktualtv.az










