Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekində keçirilən növbəti mətbuat konfransında G-7 nazirlərinin Tayvan, Şərqi və Cənubi Çin dənizləri, HonKonq, Sincan və Tibetdəki problemlərlə bağlı birgə bəyanatının nəticələrini dəyərləndirib.
Aktualtv.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, onun sözlərinə görə, G7 ölkələri Çini ləkələyir və onun daxili işlərinə qarışır, Çinə qarşı qərəzli mövqe sərgiləyirlər. O, həmçinin Tayvanın Çinin “müqəddəs torpağı” olduğunu və “Bir Çin” prinsipinin Tayvan boğazında sülh və sabitliyin əsasını təşkil etdiyini bildirib.
HonKonq, Sincan və Tibetlə bağlı problemlərin tamamilə Çinin “daxili işi” olduğunu vurğulayan Vanq xarici ölkənin müdaxiləsinin yolverilməz olduğunu qeyd edib. Vanqın münasibət bildirməsinə səbəb isə böyük yeddiliyin xarici işlər nazirlərinin Yaponiyadakı sammitdən sonra birgə bəyanat verməsi və Tayvan məsələsini qabartması olub.
Büllur Məmmədova / aktualtv.az










