Qəbiristanlığın hasarlanmasına qərar verildi – Prezidentin köməkçisi hadisə yerində

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib.

Zeynal Nağdəliyev yerində sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb.

Tapşırığa uyğun olaraq ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına qərar verilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb və araşdırmaya başlanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]