Venesuela və Rusiya arasında enerji, investisiya, ticarət və maliyyə sahələrində əməkdaşlıq sazişlərini genişləndirməyi planlaşdırırıq.
Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Karakasda venesuelalı həmkarı İvan Gillə görüşündən sonra deyib:
“Biz, mövcud reallıqları nəzərə alaraq, ticarət və investisiya əməkdaşlığının və işgüzar dairələr arasında təmasların genişləndirilməsi üzrə əməli tədbirlər haqqında razılığa gəldik. Neft hasilatı, qaz yataqlarının işlənilməsi, kənd təsərrüfatı, tibb və əczaçılıq, eləcə də rabitə, kosmos, yeni texnologiyalar sahəsində çoxlu layihələrimiz var. Biz bütün bu sahələrdə qarşılıqlı fəaliyyətin həcmini və tempini artıracağıq. Bu məqsədlə mövcud mexanizmlərdən istifadə etməyə davam edəcəyik. Venesuela ilə çox zəngin gündəmimiz var”.
Xatırladaq ki, Venesuela Vladimir Putin hökumətinin yaxın müttəfiqidir. Ukraynadakı müharibə zamanı Venesuela prezidenti Nikolas Maduro Rusiyanı dəstəklədiyini açıq şəkildə bildirib.
Etibar Məmmədov / aktualtv.az










