Xartumda şiddətli döyüşlər davam etdiyi üçün bir neçə ölkə diplomatları və vətəndaşlarını Sudanın paytaxtından təxliyə edib.
Aktualtv.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Birləşmiş Ştatlar və Böyük Britaniya diplomatlarını ölkədən çıxardıqlarını açıqlayıb. Fransa prezidenti Emmanuel Makron ölkə vətəndaşları və digərlərinin olduğu təyyarənin Cibutiyə gəldiyini təsdiqləyib. Bir qrup Niderland vətəndaşı da Fransa təyyarəsi ilə Xartumu tərk edib. Almaniya ordusu isə Sudandan İordaniyaya gedən təyyarədə 101 nəfərin olduğunu bildirib.
Hökumət rəsmilərinin məlumatına görə, İtaliya və İspaniyanın təxliyəsi davam edir. Digər ölkələr isə şənbə günü insanları uğurla təxliyə ediblər. Əksəriyyəti Körfəz ölkələri, həmçinin Misir, Pakistan və Kanada vətəndaşları olan 150-dən çox insan dəniz yolu ilə Səudiyyə Ərəbistanının Ciddə limanına gətirilib.
Büllur Məmmədova / aktualtv.az










