Qlobal silah xərcləri 2022-ci ildə real ifadədə 3,7% artaraq 2,24 trilyon dollara çatıb.
Aktualtv.az xəbər verir ki, Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında qeyd edilib ki, silaha ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiyadır.
Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ilə kimi səkkizinci il ardıcıl olaraq davam edən artımın əsas hərəkətverici qüvvəsi olub. Avropada hərbi xərclərin artımı 13% təşkil edib. Bu, əsasən, birbaşa Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı idi, lakin Ukraynaya göstərilən yardım və Rusiya Federasiyasının artan təhlükəsi ilə bağlı narahatlıqlar digər ölkələri hərbi büdcələrinə yuxarıya doğru yenidən baxmağa məcbur edib. 2022-ci ildə NATO-ya üzv ölkələrin ümumi xərcləri 1 trilyon dollardan çox olub ki, bu da əvvəlki illə müqayisədə 0,9% çoxdur.
Etibar Məmmədov / aktualtv.az










